Xəzər Xəbər

Velosipedçilər yollarda nələrə diqqət etməlidir? VİDEO

Veb TV | 22:00 • 14 Fevral 2024
Velosipedçilər yollarda nələrə diqqət etməlidir?

Ötən il baş verən yol-nəqliyyat hadisələrinin 1,9 faizi velosipedçilərin iştirakı ilə  qeydə  alınıb.

Xezerxeber.az xəbər verir ki, həmin yol-nəqliyyat hadisələrində 16 nəfərin ölməsi, 14 nəfərində xəsarət alması bu növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai işlər üzrə rəis Toğrul Nəsirli bildirib ki, velosipedçilərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir.

Ekpertlər isə bildirir ki, velosipedçilərlə  bağlı qanunda da boşluqlar var. Məsələn, velosipedin sazlığı ilə  bağlı tələblərin nələrdən ibarət olması, velosiped zolağı və  yolu anlayışları yoxdur. Lakin velosiped sürücülərinin təhlükəsizlik məqsədilə  bilməli olduqları qaydaları da var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti