Xəzər Xəbər

4 yaşlı uşaq küçəyə niyə atılıb? – TƏFƏRRÜAT VİDEO

Veb TV | 21:20 • 14 Fevral 2024
4 yaşlı uşaq küçəyə niyə atılıb? – TƏFƏRRÜAT

Bakıda 4 yaşlı uşaq küçəyə atılıb.

Xezerxeber.az xəbər verir ki, azyaşlı oğlanı küçəyə anasının atdığı bildirilir. Polis əməkdaşları uşağı gecə saatlarında "Azərbaycan Uşaqlar Birliyi" Sığınacağına yerləşdiriblər. Sığınacağın rəhbəri Kəmalə Ağazadə deyir ki, anasının onu hansı səbəbdən tərk etdiyi hələlik məlum deyil.

Kəmalə Ağazadənin sözlərinə görə, uşağın normal ailədə böyümədiyi ehtimal edilir.

O, bildirib ki, uşağın anası tapılıb və hadisə ilə bağlı araşdırma aparılır. Ananın vəziyyəti, ev şəraiti və digər məsələlər qiymətləndiriləcək. Daha sonra uşağın anaya verilməsi məsələsinə baxılacaq. Ana qısa müddətə valideynlik hüququndan məhrum da edilə bilər.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar