Xəzər Xəbər

Sulu qar və qar yağacaq, temperatur 10 dərəcə enir VİDEO

Veb TV | 21:03 • 14 Fevral 2024
Sulu qar və qar yağacaq, temperatur 10 dərəcə enir

Sabahdan ölkə ərazisində hava dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında qarşıdakı günlərdə havanın fasilərlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qar və qar yağacağı ehtimalı da var.

Rayonlarda da havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır.

Havanın temperaturu ötən günlərlə müqayisə də 5-10 dərəcə enəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar