Xəzər Xəbər

Avropa İttifaqı erməni təbliğatının təsirinə düşüb VİDEO

Veb TV | 20:55 • 14 Fevral 2024
Avropa İttifaqı erməni təbliğatının təsirinə düşüb

Avropa İttifaqının xarici əlaqələr və  təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel yenidən Azərbaycan əleyhinə açıq qərəz nümayiş etdirib.  

Cozep Borrelin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik.

Bunu "Xəzər Xəbər"ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Ayxan Hacızadənin sözlərinə görə, Cozep Borrelin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırmağa cəhd etməsi Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. O qeyd edib ki, təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.

Xarici İşlər Nazirliyinin rəsmisi deyib ki, Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə "Dağlıq-Qarabağ" kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar