Xəzər Xəbər

Kosmetoloji mərkəzlərdə cərarahi əməliyyatlar icra edilir - Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib VİDEO

Veb TV | 19:50 • 13 Fevral 2024
Kosmetoloji mərkəzlərdə cərarahi əməliyyatlar icra edilir - Səhiyyə Nazirliyi məsələyə münasibət bildirib

Son zamanlarda artıq çəki problemi yaşayan insanların əksəriyyəti arıqlamağın asan yolunu tapıblar.

Artıq çəkidən xilas olmaq istəyənlər kosmetoloji mərkəzlərə üz tuturlar. Əgər əvvəllər diyeta və idmana maraq çox idisə, indi əksər insanlar piyçəkmə prosedurlarına üstünlük verirlər.

Xezerxeber.az-ın məlumatına görə, həkimlər isə bildirirlər ki, bu, hər hansı bir sadə prosedur deyil, riski böyük olan əməliyyatdır.

Prosesdən əvvəl pasiyentlər müvafiq yoxlamalardan keçməlidirlər.

Belə əməliyyatlara insanların meyl etməsinə səbəb isə bu prosedurların xəstəxanalarda deyil, kosmetik mərkəzlərdə daha ucuz təklif olunmasıdır.

Hətta bu əməliyyatların özləri qədər sonrakı reablitasiyaları da ciddi önəm daşıyır. Burada da düzgün icra edilməyən prosedur sonradan ciddi fəsadlara səbəb ola bilər.

Bəs qanun bu məsələdə nə deyir? Kiçik kosmetoloji kabinetlərdə bu əməliyyatlar icra oluna bilərmi?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, liposaksiya proseduru cərrahi müdaxilədir. Belə əməliyyatlar da müvafiq ambulator və stasionar xidmət üzrə şəraiti olan tibb müəssisələrində həkim plastik-cərrah mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Kosmetoloji kabinetlərdə belə müdaxilə və proseduralar icra oluna bilməz. Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması halları barədə Səhiyyə Nazirliyinə və hüquq mühafizə orqanlarına müraciət oluna bilər.

Qeyd edilən məsələ barədə konkret şikayət, fakt və məlumat daxil olduqda qanununauyğun nəzarət tədbirlərinin həyata keçirilməsi mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti