Xəzər Xəbər

Azərbaycan XİN: Ermənistanın hərbi təxribatı sülh prosesinə ciddi zərbədir VİDEO

Veb TV | 21:32 • 13 Fevral 2024
Azərbaycan XİN: Ermənistanın hərbi təxribatı sülh prosesinə ciddi zərbədir

Ermənistanın Zəngilan istiqamətində törətdiyi hərbi təxribat sülh prosesinə ciddi zərbədir.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə  4-5 ay ərzində sabitliyin hökm sürdüyü bir mühitdə bu kimi təhrikedici əməllər Ermənistan tərəfindən bəyan edilən sülh mesajları ilə açıq-aşkar ziddiyyət təşkil edir.

XİN son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına və Rusiya səfirinin sülhməramlılarla bağlı fikrinə də münasibət bildirib.

Qeyd olunub ki, 10 noyabr tarixli bəyanata əsasən, sülhməramlı kontingentin Azərbaycanda qalma müddəti 2025-ci ildə yekunlaşır.

Qeyd edək ki, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov "İzvestiya" qəzetinə müsahibəsi zamanı Rusiyanın sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar