Xəzər Xəbər

Qızılcaya bənzəyən xəstəlik yayılıb - Müalicə necə aparılmalıdır? VİDEO

Veb TV | 20:06 • 13 Fevral 2024
Qızılcaya bənzəyən xəstəlik yayılıb - Müalicə necə aparılmalıdır?

Son günlər uşaqlar arasında qızılcaya bənzəyən xəstəlik yayılıb.

Xezerxeber.az-ın məlumatına görə, adı skarlatin olan bu xəstəlik qızılca ilə səhv salınır.

Çünki hər iki xəstəliyin əsas əlamətləri bədən hərarətinin kəskin artması, halsızlıq, boğaz və başağrısı, boyunda olan limfa düyünlərinin böyüməsi və ağrılı olması, mütəmadi qusmalardır.

Skarlatinə ən çox 5-15 yaşlı uşaqlarda rast gəlinir. Bu infeksion xəstəliyi qızılcadan fərqləndirən əsas əlamətlər isə səpkilərin yayıldığı nahiyyələr və dərinin soyulmasıdır.

Həkim-infeksionistin sözlərinə görə, bu iki xəstəlik arasında oxşarlıq çox olsa da, fəsadları və müalicələri tam fərqlidir. Boğaz, burun və dəridə yaşayan bakteriyaların törətdiyi skarlatinə yoluxma zamanı antibiotik qəbul edilməlidir. Müalicə isə mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır.

Həkim -mütəxəssis Məhsəti Nəcəfova vurğulayıb ki, həkim təyinatı olmadan antibiotikin qəbulu yanaşı xəstəliyi olan şəxslər üçün sonrakı mərhələdə ciddi fəsadlar törədə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar