Xəzər Xəbər

Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçimiz açıqlama verdi VİDEO

Veb TV | 20:37 • 13 Fevral 2024
Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçimiz açıqlama verdi

"Düşmənin qarşıdakı postunun müşahidəsini aparırdıq. Bu zaman ermənilər atəş açdı".

Xezerxeber.az-ın məlumatına görə, bunu ötən gün Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə deyib.

O bildirib ki, hazırda özünü yaxşı hiss edir.

Qısa müddət ərzində qisasının alınmasına da toxunan yaralı sərhədçi əvvəldən buna heç bir şübhəsinin olmadığını bildirib.

Müalicə aldığı tibb müəssisəsindən isə bildirildi ki, ağır vəziyyətdə gətirilən Pərviz Xəlilzadənin vəziyyəti hazırda qənaətbəxşdir.

Hərbi qulluqçunun müalicəsi Respublika Neyrocərrahiyə Xəstəxanasında davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar