Xəzər Xəbər

Yolu tüstüyə bürüyən avtomobilin sürücüsü cərimələndi VİDEO

Veb TV | 20:49 • 13 Fevral 2024
Yolu tüstüyə bürüyən avtomobilin sürücüsü cərimələndi

Maşından çıxan qatı tüstü digər sürücülərin görmə məsafəsini çətinləşdirib. Bununla bağlı görüntülər Bakı-Qazax  magistral yolunda  lentə  alınıb.

Xezerxeber.az-ın məlumatına görə, yolda nasaz vəziyyətdə hərəkət edən nəqliyyat vasitəsi digər sürücülər üçün təhlükəli vəziyyət yaradıb.

Sosial şəbəkələrdə yayılan bu videogörüntülərlə bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılıb.

Bununla bağlı İdarənin inspektoru Elvin Hacıyev məlumat verib. O qeyd edib ki, magistral yolda avtomobillərin hərəkətini çətinləşdirən sürücü saxlanılaraq cərimə edilib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıqları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırır və bu kimi səhlənkarlıqların sonradan ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar