Xəzər Xəbər

Uşaqlara qəribə adlar qoyulur - Buna necə icazə verilib? VİDEO

Veb TV | 19:34 • 13 Fevral 2024
Uşaqlara qəribə adlar qoyulur - Buna necə icazə verilib?

Zeytunə, Ciyərxan, Gülqanad, Lənkəran, Faləddin…

Xezerxeber.az-ın məlumatına görə, qəribə gəlsə də, bu sadaladıqlarımız ötən il ölkə ərazisində uşaqlara qoyulan adlardır.

Ötən il yeni doğulan uşaqlara daha çox əcnəbi mənşəli adlar verilib. Bununla yanaşı, valideynlər övladlarına nadir və qeyri-adi adlar da qoyublar.

Dilçilik İnstitutunun mütəxəssisi Təranə Şükürlü deyir ki, bu cür adlar əsasən, rayon yerlərində qeydə alınır.

Psixoloq Gülnar Orucova bildirir ki, körpələrə qoyulan nadir və qəribə adlar onlara həm uşaqlıqda, həm də həyatlarının müxtəlif dövrlərində ciddi problemlər yaradır.

Ötən il uşaqlara Sudagül, Koroğlu, Tarif , Əskinaz, Ərəbzəngi, Siratullox və İton adları da verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar