Xəzər Xəbər

Azərbaycan Ermənistanın hərbi təxribatlarına sərt cavab verəcək VİDEO

Veb TV | 20:23 • 13 Fevral 2024
Azərbaycan Ermənistanın hərbi təxribatlarına sərt cavab verəcək

Ermənistan bu dəfə də törətdiyi təxribatın layiqli cavabını aldı.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan bu ölkənin heç bir təxribatını cavabsız qoymayacaq.

Əsgərimizi hədəf alan hərəkətlərə qarşı sərt tədbirlər görüləcək.

Hərbi eskpert Şair Ramaldanov deyir ki, Ermənistan "Qisas əməliyyatı"ndan dərs çıxarmalı və belə lazımsız addımlardan çəkinməlidir. Əks halda, geniş imkanlara malik olan Azərbaycan Ordusu bundan sonra da qarşı tərəfi ağır şəkildə cəzalandıracaq.

Politoloq Anar Əliyev isə bildirir ki, Avropa İttifaqı missiyası ötən gün Ermənistan tərəfindən törədilən təxribatla bağlı monitorinq aparmalı və hesabatlar hazırlamalı idi. Onun sözlərinə görə, missiyanın fəaliyyətsizliyi əslində onların bölgəyə başqa məqsədlər üçün gəldiyini göstərir.

Siyasi şərhçi deyir ki, bəzi Qərb dairələri Cənubi Qafqazda öz maraqları naminə Ermənistan vasitəsilə vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar.

Ekspert əlavə edib ki, əgər prosesləri düzgün qiymətləndirməsə, itirən tərəf yenə Ermənistan özü olacaq.

Qeyd edək ki, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Nəticədə Ermənistan tərəfinin 4 hərbçisi məhv edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti