Xəzər Xəbər

Taksiyə əyləşəndə başqa, düşəndə başqa məbləğ TƏLƏB OLUNUR VİDEO

Veb TV | 14:30 • 13 Fevral 2024
Taksiyə əyləşəndə başqa, düşəndə başqa məbləğ TƏLƏB OLUNUR

Taksi sifariş edəndə qeyd olunan məbləğ ünvana çatdıqdan sonra dəyişir.

Xezerxeber.az xəbər verir ki, mövzu ilə bağlı taksi istifadəçiləri sosial şəbəkələrdə paylaşımlar ediblər.

İddia olunur ki, bəzi xidmətlərdə tələb olunan məbləğ gediş yekunlaşdıqdan sonra artır. Apardığımız sorğu zamanı da belə halla qarşılaşanlara rast gəldik.

Sürücülər isə deyir ki, onların müvafiq taksi proqramına və qeyd olunan məbləğə müdaxilə etmələri mümkünsüzdür.

Onların sözünə görə, gedişhaqqının artması həm də səfər zamanı ünvanın sərnişin tərəfindən dəyişdirilməsi ilə əlaqəlidir.

Bəzi taksi sürücüləri də var ki, qeyd olunan ünvana çatmadan “sürücü gözləyir” funksiyasını işə salır və ya gedişi yekunlaşdırdığı halda bunu tətbiqdə qeyd etmir. Nəticədə nağdsız ödənişlərdə sərnişinlərin kartından əlavə məbləğ çıxılır.

Məsələ ilə bağlı ən çox narazılıq olunan taksi şirkətlərindən biri ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qaldı.

Daha ətraflı videomaterialda:

Xəbər lenti