Xəzər Xəbər

Kiçikmühərrikli avtomobillər SIĞORTA OLUNMUR? VİDEO

Veb TV | 14:15 • 13 Fevral 2024
Kiçikmühərrikli avtomobillər SIĞORTA OLUNMUR?

Kiçik mühərrikli avtomobil sahiblərinin sığorta ilə bağlı problemləri hələ də qalmaqdadır.

Xezerxeber.az-ın xəbərinə görə, sürücülər bildirir ki, şirkətlər belə avtomobillərin sığortasına həvəs göstərmirlər. Müxtəlif maneələr yaradılır, yubanmalar baş verir.

Əgər nəqliyyat vasitəsi taksi olaraq istifadə edilirsə, vəziyyət daha da pisləşir.

Sığorta məsələləri üzrə ekspert İlkin Nəcəfov deyir ki, hazırda icbari sığortalarla bağlı zərərlərin birbaşa tənzimlənməsi qaydası tətbiq olunur. Sığorta haqqının hesablanmasında isə təkmilləşmə və düzəlişlər edilib.

Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı görülən işlərə baxmayaraq, hələ də kiçik mühərrikli avtomobilləri sğıortalamaq müvafiq şirkətlərə sərf etmir.

Ekspert vəziyyətdən çıxış yolunu da bildirib.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar