Xəzər Xəbər

Restoranlarda rezervasiyalar dolub VİDEO

Veb TV | 14:00 • 13 Fevral 2024
Restoranlarda rezervasiyalar dolub

Restoranlara ən çox rezervasiya olunan günlərdən biri də 14 fevraldır. Ona görə də müştərilər çalışırlar ki, sifarişlərini əvvəlcədən etsinlər. Elə restoranlar da həmin tarixdə müxətlif kampaniya və əyləncə proqramları təşkil edirlər.

Xezerxeber.az xəbər verir ki, restoranların bir çoxunda demək olar ki, rezervasiyalar dolub. Belə məkanların bəzilərində depozit tələbi də var. Həmçinin həmin gün qonaqlara özəl menyular təklif olunur.

Xidmətlər arasında canlı musiqi və hədiyyəli yarışmalar da nəzərdə tutulur.

Daha ətraflı videomaterialda: 

Xəbər lenti

Çox oxunanlar