Xəzər Xəbər

Abşeronda vətəndaşlar aldıqları mənzilə köçə bilmirlər – ŞİKAYƏT VİDEO

Veb TV | 21:45 • 12 Fevral 2024
Abşeronda vətəndaşlar aldıqları mənzilə köçə bilmirlər – ŞİKAYƏT

Abşeron rayonu ərazisində tikintisinə bir neçə il öncə başlanılmış binadan ev alanlar işlərin hələ də yekunlaşmadığını bildirir. Xezerxeber.az xəbər verir ki, binadan ev almış 40-dan çox vətəndaş eyni problemlə üz-üzə olduğunu deyir. Onların bəziləri ödədikləri pulları geri almaq istəsələr də, buna nail ola bilmədiklərini iddia edirlər.

Binanın tikintisini həyata keçirən şirkətə fərdi ev tikdirmək istəyən də olub. Ancaq hansısa səbəblərdən bu iş də yarımçıq qalıb.

Tikintini həyata keçirən Pərviz Qurbanovla əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı. Ancaq sakinlər özləri onun ayrı-ayrı vaxtlarda verdiyi vədləri telefonla lentə alıblar.

Şikayətçilər bildirir ki, müxtəlif vaxtlarda onlara vədlər verilsə də, nə mənzillərinə köçə, nə də ödədikləri pullar geri ala biliblər.

Problemlə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar