Xəzər Xəbər

Fərdi yaşayış evlərinin əksəriyyətinin təyinatı dəyişdirilməlidir – TƏKLİF VİDEO

Veb TV | 21:40 • 12 Fevral 2024
Fərdi yaşayış evlərinin əksəriyyətinin təyinatı dəyişdirilməlidir – TƏKLİF

Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə fərdi yaşayış evi sənədizdir. Hətta bəzi qeyri-rəsmi rəqəmlərə görə, bu ərazilərdə çıxarışı olmayan evlərin sayı 500 minə yaxındır.

Xezerxeber.az xəbər verir ki, iİllərdir həmin fərdi yaşayış evləri və qeyri-yaşayış sahələri çıxarışla təmin edilmir.

Çıxarış verilməməsinin əsas səbəblərindən biri kimi isə həmin əmlakların kənd təsərrüfatı təyinatlı ərazilərdə tikilməsi göstərilir.

Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, fərdi evlərin yerləşdiyi kənd təsərrüfatı təyinatlı torpağın təyinatını tikintiyə dəyişdirmək çətin prosesdir. Buna görə də aidiyyəti dövlət qurumları bu məsələni özləri həll etməlidir. Çünkü, faktiki olaraq aidiyyatı qurumlar tərəfindən həmin ərazilər yaşayış məntəqələri kimi tanınır, bütün kommunikasiya xətləri çəkilib. 

Ekspert təklif edir ki, həmin qurumlar monitoriq apararaq, lazmi sənədləri toplayıb kütləvi şəkildə nazirlər kabinetinə təqdim eləsinlər.

Onun sözlərinə görə, bu gün həmin yaşayış massivlərində faktiki kənd təsərrüfatı imkanları yoxa çıxıb. Maldarlıq, əkin-biçin işlərinin aparılması da mümkünsüzləşib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar