Xəzər Xəbər

Pullu yolda avtomobili etibarnaməsiz, yolun əksi ilə İDARƏ ETDİ... VİDEO

Veb TV | 21:25 • 12 Fevral 2024
Pullu yolda avtomobili etibarnaməsiz, yolun əksi ilə İDARƏ ETDİ...

Ödənişli yolda avtomobili əks istiqamətə sürüb.

Xəbər verdiyimiz kimi, qəza şəraiti yaradan "Niva" markalı avtomobilin görüntüsü yayılıb.

Görüntüdən aydın olur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda "VAZ-2121" markalı avtomobil yolun əks istiqaməti hərəkət edərək özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atıb. Sürücü bu əməlinə tələsdiyini əsas gətirməklə haqq qazandırmağa çalışıb.

Görüntülər Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılıb.

Baş Dövlət Yol Polis İdarəsinin inspektoru Elvin Hacıyevin sözlərinə görə, kobud qayda pozuntularına yol verən sürücü barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar