Xəzər Xəbər

Yol kənarında satılan pirojkilərdən YENİ XƏBƏR VİDEO

Veb TV | 21:21 • 12 Fevral 2024
Yol kənarında satılan pirojkilərdən YENİ XƏBƏR

Həm ucuzdu, həm doyumlu, üstəlik tez başa gəlir və hər tin başı da satılır.  

Xezerxeber.az xəbər verir ki, söhbət xüsusilə metro stansiyaların və bazarların ətraflarında  pişirilən pirojkilərdən  gedir.

Hətta, bəziləri güvənməsə də alıb yeyir. Bəziləri isə qəti şəkildə belə qidalardan uzaq gəzir.

Bəs bu qidalar hansı yağda bişirilir və neçə saatdan bir dəyişilirməlidir.?

Satıcı Fərid Bədəlov deyir ki, pirojkilərin bişirilməsində zəhərli yağdan istifadə edilmir. Yağlar 1 saat-45 dəqiqədən bir dəyişilir.

Satıcılardan fərqli olaraq qida ekspertləri bu məsələdə o qədər də optimist  deyil.

Qida Təhlükəsizliyi Agentliyindən isə bidirildi ki, qurum tərəfindən əvvəlcədən təsdiq edilmiş illik plan və vətəndaşlardan daxil olan müraciətlər əsasında obyektlərdə yoxlamalar həyata keçirir, monitorinqlər aparır.

Qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstərciləri laborator müayinələrə cəlb edilərək yoxlanılır və nəticələrə uyğun olaraq qanunvericiliyin tələbləri yerinə yetirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti