Xəzər Xəbər

Bəzi taksi sürücülərinin narkokuryerlik “fəaliyyət”i davam edir – ƏMƏLİYYAT VİDEO

Veb TV | 22:00 • 12 Fevral 2024
Bəzi taksi sürücülərinin narkokuryerlik “fəaliyyət”i davam edir – ƏMƏLİYYAT

Taksi görüntüsü yaradaraq narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanıb.

Xezerxeber.az xəbər verir ki, paytaxtın Nizami polisi həyata keçirilən növbəti əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 34 yaşlı  Orxan Məmmədov və  38 yaşlı  Ramin Səbbaqi saxlanıblar. Orxan Məmmədovdan və idarə etdiyi "Toyota" markalı avtomobildən 12 kiloqram, müxtəlif növ narkotik maddələr  və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib.

Ramin Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana aşkar olunaraq gotürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Orxan Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub.

Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti