Xəzər Xəbər

Ermənistanin növbəti etibarsiz və natamam MİNA XƏRİTƏSİ VİDEO

Veb TV | 21:10 • 12 Fevral 2024
Ermənistanin növbəti etibarsiz və natamam MİNA XƏRİTƏSİ

Ermənistan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Xezerxeber.az-ən xəbərinə görə, ANAMA-dan bildirilib ki, təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.

Ümumilikdə mina sahələrinə dair təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir.

Təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndirilib. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanı olub.

Onlardan 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti