Xəzər Xəbər

Zəngilan istiqamətində erməni təxribatının TƏFƏRRÜATLARI VİDEO

Veb TV | 21:15 • 12 Fevral 2024
Zəngilan istiqamətində erməni təxribatının TƏFƏRRÜATLARI

Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mövqeyinə açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Hadisə bu gün günorta saat 2 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən ərazisində baş verib. Qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

Snayperin sərhəd mövqelərinə gətirilib yerləşdirilməsi planlaşdırılmış haldır və bugünkü hadisə də bu planın tərkib hiassəsidir.

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, sərhadçinin vurulması Ermənistanın bölgədə sabitliyi pozmaq cəhdidir.

Hərbi eksspert Ədalət Verdiyev isə baş verən təxribatla bağlı konkret olaraq Ermənistandakı Aİ missiyasını günahlandırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti