Xəzər Xəbər

Bakı buxtasında hansı işlər aparılacaq? – TƏFƏRRÜAT VİDEO

Veb TV | 20:35 • 12 Fevral 2024
Bakı buxtasında hansı işlər aparılacaq? – TƏFƏRRÜAT

Bakı buxtasına daxil olan axarlardan hövzəyə çirkab suların və neftli məhsulların axıdılmasının qarşısı alınacaq. Bununla bağlı hazırlıq işlərinə başlanıb.

Xezerxeber.az-ın xəbərinə görə, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ceyhun Muradov bildirib ki, Bakı buxtasının təmizlənməsi proqramı hazırlanır. Buxtanın təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı Nazirlər Kabinetində iclas da keçirilib.

Ceyhun Muradov qeyd edib ki, Nazirlər Kabineti tərəfindən aidiyyatı qurumlara Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir neçə istiqamətdə fəaliyyətin təşkil olunması tapşırılıb.

İdarə rəisi onu da əlavə edib ki, Bakı buxtasının təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması işinin koordinasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar