Xəzər Xəbər

Avropalı səfir təcili XİN-ə ÇAĞIRILDI VİDEO

Veb TV | 20:30 • 12 Fevral 2024
Avropalı səfir təcili XİN-ə ÇAĞIRILDI

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.

Xezerxeber.az-ın xəbərinə görə, səfirə bildirilib ki, Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasısı regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi məqsədlərə zidd fəaliyyət göstərir. Missiya Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunur.

Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə "Xəzər Xəbər"ə bildirib ki, görüş zamanı sözügedən missiyanın əldə olunan ilkin razılıqlara zidd fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.

Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisənin bəyan edilən tapşırıqlara ciddi kölgə saldığı haqqında da xəbərdarlıq edilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti