Xəzər Xəbər

Polietilen torbaların ödənişli olması nəyi dəyişdi? VİDEO

Veb TV | 14:32 • 12 Fevral 2024
Polietilen torbaların ödənişli olması nəyi dəyişdi?

Ötən ilin fevralında polietilen torbaların marketlərdə ödənişli satışına başlanıldı. Həmin vaxtdan bəri qalınlığı 15-20 mikron olan kiçik ölçülü torbalar 3, böyük ölçüdə olanlar müştərilərə 5 qəpiyə satılır. Məqsəd isə ətraf-mühiti plastik tullantılardan mühafizə etmək idi. Bəs 1 il ərzində bu məsələdə nələr dəyişdi? Vətəndaşlar polietilen torbalardan imtina etdilərmi? Və ya hər gün yollarda, səkilərdə ayağımıza dolaşan belə torbaların sayı azaldımı?

Xezerxeber.az-ın məlumatına görə, ekoloq Sadiq Həsənovun fikrincə, sözügedən dövr ərzində plastikdən imtina edənlərin sayında ciddi azalma yoxdur.

Ekoloq deyir ki, beynəlxalq təcrübədən yararlanmaqla ölkəmizdə də alternativlər genişləndirilməli, əhali bu barədə ciddi şəkildə maarifləndirilməlidir.

Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindin bildirildi ki, bu istiqamətdə mütəmadi tədbirlər həyata keçirilir. Eyni zamanda, “Ticarət şəbəkələrinin inkişafı” İctimai Birliyi və birliyə üzv iri ticarət şəbəkələrinin nümayəndələri ilə bir neçə dəfə maarifləndirici görüşlər keçirilib. Əldə olunan məlumatlar göstərir ki, 2023-cü ilin əvvəli və sonu ilə müqayisədə polietilen torbaların satışında 45-50% azalma müşahidə edilib.

Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin videomaterialını təqdim edir.

Xəbər lenti

Çox oxunanlar