Mingəçevirdə zarafatlaşma ölümlə nəticələnib. İçi boş zənn etdiyi tüfəngdən dostuna atəş açıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Mingəçevirdə, “Günəşli” yaşayış massivində qeydə alınıb.
Şəhər sakini Aqil Əhmədov tir tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılsa da onun dünyasını dəyişdiyi məlum olub.
DİN-in mətbuat xidmətinin məlumatına əsasən, gecə saat 22 radələrində Mingəçevir şəhər sakini Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Ona atəş açan Sadiq Yusifov şübhəli kimi saxlanılıb.
Ölənin yaxınları isə bildirib ki, hadisə zarafatlaşanda olub.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda ehtiyatsızlıqdan adam öldürmə maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.