Xəzər Xəbər

Cəlilabadda məktəbli bıçaqlanıb VİDEO

Veb TV | 20:07 • 11 Fevral 2024
Cəlilabadda məktəbli bıçaqlanıb

Cəlilabadda məktəbli bıçaqlanıb. Hadisəni törətməkdə digər şagird şübhəli bilinir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Cəlilabadda, Marif Cəfərov küçəsində baş verib.

Təcili - tibbi yardım briqadasına küçədə bir nəfərin yıxılıb qalması bərədə məlumat daxil olub.

16 yaşlı həmin yeniyetmə təcili - tibbi yardım avtomobili ilə ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb. Onun bıçaqlandığı məlum olub.

Yeniyetmə dərhal əməliyyat olunub.

Aparılan araşdırmalarla yeniyətməyə həmin xəsarətlərin Cəlilabad şəhəri ərazisində digər məktəbli tərəfindən yetirildiyinə dair əsaslı şübhələr müəyyən edilib. Hadisəni törətməkdə şübhəli bilinən 15 yaşlı yeniyetmə saxlanılıb. Hər iki məktəblinin Cəlilabad şəhər 4 saylı tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar