Xəzər Xəbər

Sürücülər sükan arxasında niyə yuxulayırlar? VİDEO

Veb TV | 20:39 • 11 Fevral 2024
Sürücülər sükan arxasında niyə yuxulayırlar?

Son vaxtlar sükan arxasında infarkt keçirmə, ürək tutmasından ölüm halları baş verir. Bəzən isə belə hallar hətta ağır qəzalara da səbəb olur. Bu hadisələr arasında yuxulu halda sükan arxasında yatan sürücülər də var. Bəs sürücü sükan arxasında niyə yatır, buna səbəb nədir?

Xezerxeber.az-ın məlumatına görə, bəzi hallarda ağır qəzaya səbəb olan sürücülər sükan arxasında yuxuladığını deyirlər.

Hər gün yüzlərlə, minlərlə sərnişin aparan ictimai nəqliyyat və yaxud da şəxsi avtomobil sahibləri üzərlərində bu qədər məsuliyyət olduğu halda sükan arxasında niyə yatırlar?

Mövzuya münasibət bildirən diyetoloq Tutu Zeynalova deyir ki, sükan arxasında yatmağa meyilli şəxslər artıq çəkili insanlar olur. Hətta artıq çəkili insanların yol qəzalarında dünyasını dəyişmə ehtimalı da daha çoxdur.

Onun fikrincə, artıq çəki problemini yaradan faktorlardan biri də məhz sürücü olmaqdır. Yəni avtomobilə sahiblənən şəxslərin fiziki aktivliyi azalır. Bu da bəzi hallarda sürücülərin sürətli piylənməsinə səbəb olur.

Tutu Zeynalovanın sözlərinə görə, statistika göstərir ki, ildə 19 min kilometrdən artıq yol gedən sürücülərin piylənmə riski 30 faiz daha çoxdur. Diyetoloq daima sükan arxasında olan sürücülərə məsləhət görür ki, ürək-damar xəstəlikləri, uroloji xəstəliklər kimi problemlərin yaranmaması üçün həkim nəzarətindən keçinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar