Xəzər Xəbər

Politoloq: Prezident seçkiləri həm də Qərbin Azərbaycandakı şəbəkəsini ifşa etdi VİDEO

Veb TV | 21:14 • 11 Fevral 2024
Politoloq: Prezident seçkiləri həm də Qərbin Azərbaycandakı şəbəkəsini ifşa etdi

Ənənəvi olaraq bu seçkilərdə də Qərbin maliyələşdirdiyi və Azərbaycanda əsasən qanunsuz fəaliyyət göstərən “media subyektləri”nin başlıca məqsədi seçkilərə kölgə salmaq idi. ABŞ, Fransa və bölgədə marağı olan digər dövlətlər Azərbaycandakı bəzi kütləvi informasiya vasitələrinə, ayrı-ayrı şəxslərə qrantlar verərək seçki saxtakarlığı ab-havası yaratmaqla seçkilərin legitimliyini şübhə altına salmağa çalışdılar.

Amma onların unutduqları bir şey vardır: bu dəfə növbədənkənar prezident seçkiləri ilk dəfə ölkənin bütün ərazisində, suverenliyini və sərhədlərin tam bərpa etmiş Azərbaycanda keçirilirdi. Üstəlik, seçkilərə hazırlıq ən yüksək səviyədə idi. Xalq da öz iradəsinə uyğun olaraq, liderini seçmək üçün fəallıq nümayiş etdirdi.

Mövzu ilə bağlı danışan politoloq Züriyə Qarayeva deyir ki, bütün bunlara baxmayaraq, "Azadlıq” radiosu, “Toplum TV”, “Amerikanın səsi” və digər bir sıra “KİV”lər seçki şousu yaratmağa can atdılar. Məqsəd Azərbaycan vətəndaşlarının səsverməsinə, seçiminə və iradəsinə kölgə salmaq, uydurmaları və gümanları faktlar kimi təqdim etmək, alınmış sifarişlərlə əmrləri tam yerinə yetirmək idi. Çünkü riyakar Qərb seçkidə saxtakarlıqların olması ilə bağlı əsassız iddiaların paylaşılmasını onlara tapşırmışdı.

Əslində isə növbədənkənar prezident seçkiləri ilə bağlı "azad və müstəqil media"nın hazırladıqları şantaj, yalan, və saxta reportajlarlardan ibarət oldu.

Züriyə Qarayeva deyir ki, bu seçkilər həm də Qərbin buradakı şəbəkəsini ifşa etdi.

Politoloq bildirir ki, xüsusilə bu kimi media subyektləri hazırda Azərbaycanda qanunsuz fəaliyyət göstərirlər. Bu cür qanunsuzluğa imkan verilməməli, orada çalışan şəxslərin maliyə mənbələri araşdırılmalıdır.

Züriyə Qarayeva vurğulayır ki, Qərb bu dəfə fərqli üslub seçdi və daha çox buradakı “KİV”lərlə seçkilərə kölgə salmağa çalışdı. Lakin süni şəkildə qarşıdurma yaratmaq və "seçki saxtakarlığı" iddiası ilə "faktlar" toplamaq cəhdləri alınmadı. Onların məntəqələrdə təşkil etdikləri "saxtakarlıq oyun"ları da ifşa edildi. Foto və videogörüntüləri montaj edərək hazırladıqları materiallar da ictimai rəydə inandırıcı olmadı, hətta təxribat planının sifarişçiləri də bu qondarma "faktları" qəbul etmirlər. Onlara təzyiq göstərərək verdikləri qrantların hesabatını tələb edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024