Xəzər Xəbər

Sumqayıtda bədbəxt hadisə: 53 yaşlı kişi yıxılaraq vəfat edib VİDEO

Veb TV | 20:56 • 11 Fevral 2024
Sumqayıtda bədbəxt hadisə: 53 yaşlı kişi yıxılaraq vəfat edib

Sumqayıtda 53 yaşlı kişi dərəyə yıxılaraq dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, bədbəxt hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.  

Mərhumun tanışlarının sözlərinə görə, əslən Cəbrayıldan olan Mahir Əhmədov uzun müddət bu ərazidə yaşayıb və tikintidə fəhləlik edib. O tez - tez spirtli içkilərin təsiri altına düşürmüş. Elə bədbəxt hadisənin də məhz bu səbəbdən baş verdiyi ehtimal edilir.

 Mahir Əhmədovun meyiti aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar