Xəzər Xəbər

Salyanda bir ailənin 10-cu uşağı dünyaya gəldi VİDEO

Veb TV | 21:35 • 10 Fevral 2024
Salyanda bir ailənin 10-cu uşağı dünyaya gəldi

Evləri balaca  olsada, sevincləri böyükdür.

Xezerxeber.az xəbər verir ki, Abdullayevlər ailəsinin 10-cu uşağı dünyaya gəlib.

Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayan bu ailənin indi 6 qız, 4 oğul övladı var.

Ailə başçısı Əflan Abdullayev deyir ki, pulla xoşbəxtlik olmur. O, fərdi evlərdə ustalıq edir, qazandığı pulla ailəsini dolandır.

Uşaqların anası Gülşən Abdullayeva indiyə qədər 9 uşağa baxıb. Bundan sonra isə 10 uşağın qayğısına qalmalıdır.

Yeni doğulan uşağın çəkisinin və sağlamlığının normal olduğu bildirilir.

Həkimin sözlərinə görə, yeni doğulan körpənin vəziyyəti kafidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti