Xəzər Xəbər

Qərbin Azərbaycanda seçkiləri gözdən salmaq cəhdləri İFLASA UĞRADI VİDEO

Veb TV | 23:00 • 10 Fevral 2024
Qərbin Azərbaycanda seçkiləri gözdən salmaq cəhdləri İFLASA UĞRADI

Ənənəvi olaraq, bu dəfə də azərbaycanda keçirilən seçkilər qərb insitutuları, xüsusilə ABŞ, Fransa və digər bəzi dövlətlərin diqqətində idi. bu dəfə də həmin qüvvələrin seçkiləri gözdən salmaq cəhdləri iflasa uğradı.

Xezerxeber.az-ın xəbərinə görə, media eksperti Müşfiq Ələsgərli deyir ki, həmin dövlətlər tərəfindən ardıcıl təxribatlara can atıldı. Məqsəd seçki pozuntularına səbəb olaraq onu gözdən salmaq və qeyri-legitimliyini əsaslandırmaq idi.

Seçkilərin demokratik keçirilməsi ilə ölkəmizdə olan qərb şəbəkəsi ifşa edildi. ABŞ, Fransa və digər maraqlı dövlətlərin ayırdıqları qrantlar göyə sovurulurdu.

Müşfiq Ələsgərlinin sözlərinə görə, bu dəfəki seçkilərdə beynəlxalq statuslu QHT-lərdən və bəzi xarici media qurumlarından istifadə edilməyə çalışıldı. Hətta bəzi beynəlxalq müşahidəçilərlə də danışıqların aparılması, onların ələ alınması cəhdləri də oldu.

Ekspert vurğulayıb ki, Azərbaycan xalqı qərbin məkrli siyasətini anladığı və onların ölkəmizdə maraqlarının olduğunu yaxşı dərk edir. Bütün bunların fonunda həmin qüvvələr azərbaycanda özlərinə sosial-siyasi baza qura bilməyiblər və bundan sonra da mümkün olmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar