Xəzər Xəbər

Azərbaycanda istifadəyə verilən PUA akademiyası ilə bağlı EKSPERT RƏYİ VİDEO

Veb TV | 20:55 • 10 Fevral 2024
Azərbaycanda istifadəyə verilən PUA akademiyası ilə bağlı EKSPERT RƏYİ

Azərbaycanda pilotsuz uçuş aparatlarını idarə etmək üçün peşəkar kadrlar hazırlanacaq.

Xezerxber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, açılışı olan PUA akademiyası bu istiqamətdə yeni imkanlar açacaq.

Onun sözlərinə görə, ordumuzun arsenalında olan müasir hərbi texnikaların idarə olunmasında akademiya mühüm rol oynayacaq.

Ədalət Verdiyev qeyd edib ki, yalnız dünyanın 4 ölkəsində istehsal olunan "Akıncı" hücum PUA-ları döyüş əməliyyatlarında vəziyyətə radikal təsiretmə imkanlarına malikdir.

Ekspert deyir ki,12 kilometrdən yüksəkdə 24 saatdan çox havada qala bilən "Akıncı" idarəetmə stansiyasından 150 kilometrə qədər məsafədən idarə oluna bilir.

O, əlavə edib ki, akıncı pılotsuz uçuş aparatı kimi bir vasitənin ordumuzun balansında olması Azərbaycanın təhlükəsizliklə bağlı məsələlərə nə qədər böyük önəm verdiyini göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar