Xəzər Xəbər

Müxtəlif rayonlarda silah ƏMƏLİYYATLARI... VİDEO

Veb TV | 20:18 • 10 Fevral 2024
Müxtəlif rayonlarda silah ƏMƏLİYYATLARI...

Masallıda keçmiş məhkumdan tapança aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, polisin həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz odlu silah-sursatın saxlanması və daşınmasında şübhəli bilinən rayon sakini ramil şiriyev saxlanıb. həmin şəxsin əvvəllər də eyni əmələ və narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunduğu üzə çıxıb.

Şəxsi axtarış zamanı ondan "makarov" markalı tapança və həmin silaha aid 8 ədəd patron aşkarlanıb. məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Ağsuda odlu silah-sursat gəzdirən  şəxslər saxlanılıb

Əməliyyat tədbiri nəticəsində üzərində odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Eldəniz Burcalıyev saxlanılıb.

Onun üzərində daşıdığı bağlamaya baxış keçirilərkən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, eləcə də həmin silaha məxsus 5 patron aşkar edilərək götürülüb. Eldəniz Burcalıyev ifadəsində həmin silahı tapdığını və gizlətmək məqsədilə yaşadığı ünvandan başqa yerə aparmaq istədiyini bildirib.

Xocavənd rayon ərazisində də  mərmilər aşkar edilib...Polis əməkdaşları tərəfindən rayonun Kiş kəndi ərazisindəki yerləşən tikilidən 56 ədəd müxtəlif çaplı top mərmisi, 16 ədəd tank mərmisi və 64 ədəd tank mərmisinin başlığı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib....

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər zamanı silah-sursat aşkar edilib.polis əməkdaşları rayonun Nüzgar kəndi ərazisində 5 avtomat, 1 pulemyot, 1 snayper tüfəngi,  patronlar və digər sursatlar aşkar edərək götürüblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti