Astara polisi axtarışda olan şəxsi saxlayıb.
Xezerxeber.az xəbər verir ki, həyata keçirilmiş əməliyyat zamanı rayonun Ərçivan qəsəbəsi ərazisində Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Aqil Şirəliyev avtomobildə yaxalanıb
Nəqliyyat vasitəsinin yük yerindən həmin şəxsə məxsus iki ədəd torbadan ümumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədəd həb aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib.
Aqil Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Şöbə əməkdaşları tərəfindən Astara rayonunda son 1 ay ərzində keçirilən tədbirlər nəticəsində müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 11 ədəd odlu silah aşkarlanaraq götürülüb.
Ağsuda isə psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs ifşa edilib.
Keçirilmiş tədbir nəticəsində saxlanmış Əli Novruzovun üzərinə aparılan şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.