Xəzər Xəbər

Kürdəmirdə açıq sahədə YANĞIN VİDEO

Veb TV | 08:56 • 10 Fevral 2024
Kürdəmirdə açıq sahədə YANĞIN

Kürdəmir rayonu, Şilyan kəndi ərazisində yanğın baş verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə 3 ha sahədə kol-kos və 1 ədəd elektrik dirəyi qismən yanıb.

Xəbər lenti