Xəzər Xəbər

İki məktəblinin ölümünə səbəb olmuş hadisə ilə bağlı yeni məlumatlar üzə çıxıb VİDEO

Veb TV | 21:28 • 9 Fevral 2024
İki məktəblinin ölümünə səbəb olmuş hadisə ilə bağlı yeni məlumatlar üzə çıxıb

Ötən gün Zaqatala rayonu, Göyəm kəndində baş vermiş qəza nəticəsində iki məktəbli ölmüş, biri isə ağır xəsarət almışdı.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı xəsarət alan uşaq Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdi İbrahim İbrahimzadə bu gün ağır vəziyyətdə Bakıya, Kliniki Tibbi Mərkəzə gətirilib.

Məktəbliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olaraq qalır.

Qəza zamnı ölən məktəblilərin yaxınları "Xəzər Xəbər"ə danışıblar. Onlar hadisənin yüksək sürət səbəbindən baş verdiyini deyiblər.

Məlumata görə, hadisəyə səbəb olan sürücü, Zaqatala sakini Emin İbrahimov əvvəllər məhkumluq həyatı yaşayıb. Araşdırma zamanı məlum olub ki, o, avtomobili sürücülük hüququ olmadan və etibarnaməsiz idarə edib. Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti