Xəzər Xəbər

Bakıda evin eyvanı təhlükəli vəziyyətdədir VİDEO

Veb TV | 20:07 • 9 Fevral 2024
Bakıda evin eyvanı təhlükəli vəziyyətdədir

Bakıdakı evlərin birində eyvan aylardır ki, qəzalı vəziyyətdədir. Eyvanın uçmaması üçün altına taxta dirək qoyulub. Ərazidən həm piyadalar, həm də sürücülər istifadə edirlər.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu, Əlövsət Quliyev 37 ünvanında yerləşən evdən gedir.

Sakinlərin sözlərinə görə, yük maşını eyvanı zədələyib.

Mənzilin sahibindən hadisə ilə bağlı məlumat ala bilmədik.

Yasamal rayonu Mənzil-kommunal təsərrüfat birliyindən isə bildirildi ki, sözügedən ərazidə yoxlamalar aparılıb. Lazımi tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Sakinlər ümid edir ki, aylardır, güclü küləklərə rəğmən quru taxtaya söykənərək ayaqda duran eyvan hər hansı hadisəyə səbəb olmadan təmir edilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar