Xəzər Xəbər

Elektrik avtomobilləri alanlar “qabağa düşdüyünü” güman etdiyi vaxtda SIĞORTA HAQLARI QALXDI VİDEO

Veb TV | 20:15 • 8 Fevral 2024
Elektrik avtomobilləri alanlar “qabağa düşdüyünü” güman etdiyi vaxtda SIĞORTA HAQLARI QALXDI

Elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri üçün sığorta haqqı qaldırılıb.

Xezerxeber.az xəbər verir ki, bu avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə sığorta haqlarında edilən dəyişiklikdə öz əksini tapıb.

Yeni qaydalara əsasən Azərbaycanda elektromobillərin icbari sığorta haqqı dəqiqləşdirilib.

Belə ki, elektrik avtomobilləri üçün icbari sığorta haqqı 50 fazi artırılaraq 75 manat müəyyən edilib.

Sığorta məsələləri üzrə ekspert İlkin Ibrahimovun sözlərinə görə, digər dəyişiklik yük avtomobillərinə aiddir. Yük götürmə qabiliyyəti 3,5 tonadək olan avtomobillərdə sığorta haqqı dəyişməyib - baza məbləğinin 3 mislidir, yəni 150 manat. Amma 3,5-7,5 tonluq avtomobillərin sığorta ödənişi məsələsində  dəyişiklik var.

Yəni sığorta haqqının 250 manat olması yalnız 7,5 tondan artıq yükgötürmə qabiliyyəti olan maşınlara aid olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti