Xəzər Xəbər

Bölgələrdə də seçici aktivliyi müşahidə edilib VİDEO

Veb TV | 22:00 • 7 Fevral 2024
Bölgələrdə də seçici aktivliyi müşahidə edilib

Növbədənkənar Prezident seçkiləri bölgələrdə də aktivliklə müşahidə edilib.

Xezerxeber.az-ın məlumatına görə, Gəncədə fəaliyyət göstərən 4 Dairə Seçki Komissiyasının nəzdində olan 165 məntəqədə seçki keçirilib. Bunlardan 34-də prosesi vebkameralarla izləmək imkanı yaradılıb.

Seçkidə səsvermə prosesi yerli və xarici müşahidəçilər tərəfindən izlənib. 

Sumqayıtda da aktivlik müşahidə edilib.  

Cəlilabadlı seçicilər də səsvermə hüquqlarından istifadə ediblər. Seçki prosesini ümumilikdə 751 nəfər müşahidəçi izləyib.

İsmayıllıda da səhər saatlarından sakinlər məntəqələrə üz tutublar. 89 saylı İsmayıllı Dairə Seçki Komisiyasında  61 məntəqə üzrə proses həyata keçirilib.

Şəkidə də Prezident seçkiləri dövlət himninin səsləndirilmısi ilə başlayıb.

92 saylı Göyçay - Ağdaş Seçki Dairəsində ümumi seçicilərin sayı 52 min 803 nəfər olub. Rayon ərazisində 12 məntəqədə vebkamera quraşdırılıb. Dairə üzrə ilk dəfə səs verənlərin sayı isə 881 nəfər olub. 

Lənkəran rayonunda da səhər saatlarından başlayaraq Prezident seçkiləri yüksək seçici fəallığı ilə müşahidə olunub. Lənkəranda seçkinin rahat və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Rayon seçiciləri 132 seçki məntəqəsində siyasi iradələrini ifadə ediblər.

Mingəçevirli seçicilər öz namizədlərinə səs vermək üçün səhər saatlarından etirabən məntəqələrə axın ediblər.  

Şirvanda seçki prosesinə start veriləndən sonra vətəndaşlar qeydiyyatda olduğu məntəqələrə üz tutublar. 11 mətəqədə seçki prosesini izləmək üçün vebkameralar quraşdırılıb. 

Növbədənkənar Prezident seçkilərində şimal bölgəsində də aktivlik müşahidə olunub. Qarlı havalardan sonra bu gün temperaturun nisbətən yuxarı və havanın günəşli olması seçicilərin seçki məntəqələrinə gəlməsini rahatlaşdırıb.  

Naxçıvan Muxtar Respublikasında ümumilikdə 6 dairə üzrə 310 seçki məntəqəsi yaradılıb. Bütün seçki məntəqələrində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrin aparılması üçün hər cür şərait yaradılıb. 

Beləliklə, səhər saat 8.00-da start verilən səsvermə prosesi saat 19.00-da yekunlaşıb.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti