Xəzər Xəbər

Qəbələdə qanunsuz tikintinin qarşısı alındı VİDEO

Veb TV | 13:37 • 6 Fevral 2024
Qəbələdə qanunsuz tikintinin qarşısı alındı

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Qəbələ rayonunun Həmzəli kəndi ərazisində fiziki şəxs tərəfindən qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilinin sökülməsi təmin edilib.

Xəbər lenti