Sənədsiz evlərdə yaşamağın çətinlikləri olduğu kimi, miras məsələlərində də problemlər az deyil. Belə ki, əgər mülkiyyətçi sağ ikən evini çıxarışla təmin etmirsə, onun həyatdan köçməsi ilə mənzilin taleyi də sual altında qalır. Bu zaman isə vəfat edənin ailə üzvləri çıxış yolunu məhkəmlərə üz tutmaqda görürlər.
Xezerxeber.az-ın xəbərinə görə, vəkillər kollegiyasının üzvü Emil Aslanov deyir ki, hazırda məhkəmələrə ən çox edilən müraciətlərdən biri məhz sənədsiz evlərin vərəsəlik məsələləri ilə bağlı olur. Çünki belə mülklər vərəsəliyə daxil edilmir.
Emil Aslanovun sözlərinə görə, əgər mənzil yeni tikilən binadan alınıbsa və alqı satqı sənədi qaydasındadırsa, şəxsin vəfatıdan sonra çıxarışla təmin olunub, vərəsəliyə aid edilə bilər.
Vəkil qeyd edir ki, kənt təsərrüfat təyinatlı torpaqlarda tikilən evlərə də çıxarışın verilməsi mümkün olmur. Yalnız sənədləri qaydasında olan mülklərin varisləri məhkəməyə müraciət edərək öz paylarını rəsmiləşdirə bilərlər.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir: