Bir qrup sahibkar özlərinə məxsus müəyyən edilmiş lövhələrdə reklam yerləşdirmək üçün tətbiq edilən ödənişdən narazıdır.
Xezerxeber.az xəbər verir ki, Dərnəgüldə yerləşən tikinti materialları bazarında işləyən bəzi sahibkarlar iddia edir ki, Dövlət Reklam Agentliyinin tələb etdiyi ödəniş yüksəkdir.
Onlar iddia edir ki, ödənişi edə bilməyəndə lövhələrə reklam xarakterli məlumatların yerləşdirilməsinə yol verilmir.
Bu isə satışa bir başa təsir edir.
Məsələ ilə əlaqədar Dövlət Reklam Agentliyindən münasibət bildirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: