Öncədən bilet alarkən komissiya haqqı tutulur.
Xezerxeber.az-ın xəbərinə görə, paytaxt sakini Elyar İslamoğlu deyir ki, Bərdəyə getmək üçün onlayn bilet almaq istəyib.
Əvvəlcədən alınan biletə görə ondan artıq ödəniş alınıb.
O, deyir ki, bilet alınarkən əlavə komissiyanın tutulması sərnişinləri narahat edir. Bəzi sərnişinlər buna görə bileti məhz səyahət edəcəkləri gün almağa üstünlük verir.
Bu isə bəzən avtovağzallarda sıxlığın yaranmasına gətirib çıxarır.
Sözügedən problemlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirib ki, bu Nazirlər Kabinetinin qərarına uyğun olaraq tənzimlənir.
Sərnişinlər ümid edir ki, aviabiletlərdə olduğu kimi, avtovağzal komplekslərində də əvvəlcədən satılan biletlərə görə əlavə ödəniş istənilməyəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: