15-ə yaxın kəndin sakinlərinin mütəmadi istifadə etdiyi Göyçay-Bərgüşad avtomobil yolu getdikcə bərbad hala düşür.
Xezerxeber.az xəbər verir ki, 2017-ci ildə yolda təmir işləri start götürsə də, bu günə qədər başa çatmayıb.
Sürücülər də bu yararsız yoldan istifadə etmək məcburiyyətində qalır.
Onların sözünə görə, yolun bu vəziyyətdə olması səbəbindən tez-tez avtoqəzalar da baş verir.
Məsələ ilə əlaqədar Avtomabil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Xəzər Xəbər"ə açıqlama verib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: