Xəzər Xəbər

Azərbaycanda bu qədər yanğın hadisəsinin baş verməsinə SƏBƏB NƏDİR? VİDEO

Veb TV | 20:30 • 21 Yanvar 2024
Azərbaycanda bu qədər yanğın hadisəsinin baş verməsinə SƏBƏB NƏDİR?

Son 2 həftədə 3 ciddi hadisə...

Yanvarın 9-u Perinatal Mərkəzdə 4 körpənin ölümünə səbəb olan yanğın hadisəsi, yanvarın 15-i günlərlə davam edən axtarışla 9 cəsədin çıxarıldığı mebel sexindəki güclü partlayış, daha sonra isə Sumqayıt Dövlət Texniki Kollecində baş verən dəhşətli yanğın.

Baş verənlər yanğınla bağlı təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Bəs günahkar kimdir?

Xezerxeber.az-ın xəbərinə görə, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev deyir ki, vətəndaşlar yanğın təhlükəsizliyi qaydalarına etinasız yanaşırlar.

Onun sözlərinə görə, elektrik və qaz qızdırıcıları nəzarətsiz qoyulur, nəticədə baş verən yanğınla can da, mal da ziyan görür.

Məlumatı dəqiqləşdirmək üçün biz də həm vətəndaşlar, həm də müxtəlif obyekt və müəssisələrdə sorğu apardıq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar