34 il bundan qabaq - 1990-ci il 20 Yanvar günündə Bakı metropoliteni yeraltı bunker rolunu daşıyırdı. Çünki yuxarıda əliyalın əhali üzərinə qəddarcasına hücum var idi. Metro isə həmin ərəfədə daha təhlükəsiz yer idi. Metro işçiləri stansiyanın qarşısında əhalini buraya dəvət edirdilər. Burada isə təkcə sərnişinlər daşınmırdı. Eyni zamanda yaralılar da stansiyalara ən yaxın xəstəxanalara çatdırılırdı.
Xezerxeber.az-ın məlumatına görə, o gecənin canlı şahidi olan Bakı Metropoliteninin maşinisti Cahid Həsənov deyir ki, ehtiyatda olan 4 nəfər maşinist gecə saat 11-də işini yekunlaşdırıb evə getməli idilər. Ancaq sonradan planlar dəyişib. Bakı metrosu səhərə kimi işləyib.
Maşinist deyir ki, həmin vaxt sərnişinlərin və yaralıların daşınması üçün ən təhlükəsiz yer metro idi.
Maşinist Vilayət Əsgərov isə xatırladır ki, həmin gecə gördüyü mənzərəni heç vaxt unuda bilmir.
Tunel ustası olan Məftun Abbasov isə həmin gecə gülləyə tuş gəlib metroya sığınan isanlara köməklik göstərib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: