''Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir''.
Xezerxeber.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi davam edir.
Baş prokuror yanğının baş verməsi ilə bağlı bir neçə ehtimalın olduğunu diqqətə çatdırıb.
O, Bakıda həbsdə olan Qarabağ separatçılarının istintaq prosesindən də danışıb. Bildirib ki, onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: