Saatlı sakini üç ay əvvəl sifariş etdiyi məhsulu karqo şİrkətindən ala bilmədiyindən şikayətçidir.
Xezerxeber.az-ın məlumatına görə, Saatlı rayonu, Qıraqalı kənd sakini Mehman Kazımov ötən ilin noyabrında ''Stareks'' şirkəti tərəfindən tətbiq edilən xüsusi proqram vasitəsi ilə şəxsi avtomobili üçün ehtiyat hissələri sifariş verib.
Bir müddət keçdikdən sonra Mehman Kazımov verdiyi sifarişlə maraqlanan zaman məhsulun anbarda olmadığını öyrənib. Bununla bağlı şirkətlə əlaqə saxladıqda ona sifarişinin ləğv olunduğu bildirilib.
Mehman Kazımov iddia edir ki, həmin vaxtdan indiyədək xeyli müddət keçsə də, dəymiş ziyan geri qaytarılmır.
Məsələ ilə bağlı ''Stareks'' şirkətindən bildirilib ki, vətədaşın müraciətindən xəbərdardırlar və 5-7 iş günü ərzində məbləğ onun balansına köçürüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: