Binəqədidə sexdəki partlayışla bağlı bütün ekspertizalar təyin edilib. Partlayışla bağlı istintaq hərəkətləri davam edir.
Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
"İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib. Bir neçə versiya var, həmin versiyalar araşdırılır. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilib, məsuliyyətə cəlb edilməsi təmin ediləcəkdir", - deyə K.Əliyev bildirib.
Baş prokuror Bakıda saxlanılan erməni separatçılarla bağlı da açıqlama verib.
Xezerxeber.az Baş prokurorun açıqlamasını təqdim edir: