Xəzər Xəbər

Bakının mərkəzində vaxtıilə “Uzaq sahillərdə” filmində çəkilən GÖL ÇİRKLƏNDİLİR VİDEO

Veb TV | 21:32 • 19 Yanvar 2024
Bakının mərkəzində vaxtıilə “Uzaq sahillərdə” filmində çəkilən GÖL ÇİRKLƏNDİLİR

Yasamal rayon ərazisində, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün yavaş-yavaş quruduğu iddia edilir.

Xezerxeber.az xəbər verir ki, su hövzəsinin ətrafı məişət tullantıları ilə çirkləndirilir.

Ərazidə vaxtilə daş karxanası var imiş. Sonrada gölün yaranması nəticəsində karxananın fəaliyyəti mümkünsüz olub.

Sakinlər gölün ətrafında istirahət zonasının yaradılmasını arzulayır.

Uzun illərdir yaxınlıqda yaşayan Hafiz Ramazanov deyir ki, Azərbaycan kinosunun incilərindən olan "Uzaq Sahillərdə" filmindəki səhnələrdən biri sözügedən gölün ətrafında çəkilib.

Məsələyə Yasamal rayon İcra Hakimiyyətindən münasibət bildirilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti